Hadisə

Qaradağ rayonunda tikilməkdə olan evlərdən oğurluq edən şəxslər saxlanılıb

Qaradağ rayonunda tikilməkdə olan evlərdən oğurluq edən şəxslər saxlanılıb

Qaradağ rayonu ərazisində yerləşən yarımtikililərin birindən 110 metr naqil və təmir-tikinti alətləri oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Əmirov və A.Bəbirov müəyyən olunaraq saxlanılıblar. Onların rayon ərazisində daha iki yarımtikilidən də oğurluq etdikləri müəyyən olunub.

Araşdırma aparılır.

D
demokrat.az