Gündəm

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans-görüş keçirilib — FOTOLAR

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans-görüş keçirilib — FOTOLAR

22 yanvar tarixindəAzərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının vəSKAL International Baku Klubunun rəsmi dəstəyi,Trabzon İmperial XəstəxanasınınvəAydın Partners şirkətinin təşkilatçılığıilə Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrəonlayn konfrans-görüşkeçirilib.

Demokrat.az xəbər verir ki, görüş zamanı Trabzon İmperial Xəstəxanasının nümayəndələri ilə Azərbaycan və Türkiyə arasında sağlamlıq turizmi sahəsindəmövcud imkanlar, əməkdaşlıq perspektivləri və tibbi xidmətlərətrafında geniş müzakirələr aparılıb.

Konfrans çərçivəsində aşağıdakı mövzular diqqət mərkəzində olmuşdur:

Ən çox tələb olunan tibbi sahələr, o cümlədən: Kardiologiya və ürək-damar cərrahiyyəsi Ortopediya və travmatologiya Plastik və estetik cərrahiyyə Onkologiya Check-up proqramları Azərbaycanlı pasiyentlər üçünxüsusi müalicə paketləri və təkliflər Pasiyentlərin qəbul prosesi: müraciət diaqnostika müalicə reabilitasiya Qiymət siyasəti və sığorta imkanları Viza, transfer, yerləşmə və logistika dəstəyi İki ölkə arasındaagentlik və klinik əməkdaşlıq modelləri Marketinq və birgə tanıtım strategiyaları Pasiyent məmnuniyyəti, keyfiyyət standartları və beynəlxalq sertifikatlar

Konfransın sonunda keçirilənsual-cavab sessiyasında hər iki ərəfinin nümayəndələri aktiv iştirak etmiş, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı2026-cı ildə beynəlxalq platformalarda birgə iştirak, eləcədə qarşılıqlı konfransların, seminarların və infoturların keçirilməsi barədə razılıq əldə olunmuş, həmçininbirbaşa Bakı–Trabzon avia xəttinin mövcudluğu və uçuş sayının artırılmasınıniki ölkə arasında sağlamlıq və turizm əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verəcəyi xüsusi olaraq vurğulanıb.

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans-görüş keçirilib — FOTOLAR
Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans-görüş keçirilib — FOTOLAR
Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans-görüş keçirilib — FOTOLAR
Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans-görüş keçirilib — FOTOLAR
Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans-görüş keçirilib — FOTOLAR
Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans-görüş keçirilib — FOTOLAR
Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans-görüş keçirilib — FOTOLAR

NE
Nihadə Eyyubova