Bakının Qaradağ rayonunda 31 yaşlı oğlan həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 3-də baş verib. Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Murad həmin gün saat 22:00-da ailə üzvləri ilə birlikdə yaşadığı evdə olarkən həyat yoldaşı Zümrüd (adlar şərtidir – red.) mübahisə edib.
Muradın arvadı ilə qısqanclıq zəminində aralarında mübahisəsi yaranıb. Mübahisə zamanı o, sağ əli ilə qadının bədəninin müxtəlif nahiyyələrinə əli ilə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Muradın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu işə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib.
Bu səbəbdən də təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


