Hadisə

Goranboyda qəzaya düşənlər Xocalı sakinləridir — ADLAR

Goranboyda qəzaya düşənlər Xocalı sakinləridir — ADLAR

Goranboyda mal-qaraya çırpılan "VAZ 2107" markalı avtomobildə xəsarət almış Xocalı rayon sakinləri, 1998-ci təvəllüdlü sürücü Fərid Əliyev, 1971-ci təvəllüdlü Təranə Əliyeva və 1989-cu il təvəllüdlü Şəlalə Şadmanovanın sağlamlıq durumu açıqlanıb.

Demokrat.azBizim.Media-ya istinadən xəbər verir ki, 16 yanvar 2026-cı il tarixində saat 9:20 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1-i kişi, 2-si qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Onların müalicəsi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

NE
Nihadə Eyyubova