Gündəm Özəl

Pensiyalar bu qədər artacaq — RƏQƏMLƏR

Pensiyalar bu qədər artacaq — RƏQƏMLƏR

“2026‑cı ildə Azərbaycanda pensiyaların yenidən artması vətəndaşlar üçün müsbət siqnal hesab olunur. Proqnozlara görə, pensiyalar təxminən 9,2% artırılacaq, bu da orta aylıq pensiyanı 590 manat civarına qaldıracaq”.

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı bildirib.

O deyib ki, orta yaş pensiyaları isə 629 manata çatacağı gözlənilir:

“Bu artım həm inflyasiyanın təsirini azaldacaq, həm də pensiyaçıların gündəlik xərclərini yüngülləşdirəcək. Belə indeksasiya mexanizmi yalnız pensiyaçıların gəlirlərini qorumaqla kifayətlənmir, eyni zamanda daxili tələbi də stimullaşdırır. Pensiya alanlar əlavə maliyyə əldə etdikcə, istehlak artacaq, bu isə kiçik və orta sahibkarlıq sektoruna müsbət təsir göstərə bilər. Belə artımın davamlı olması dövlət büdcəsi üçün müəyyən yük yaradır. 2026‑cı il pensiya artımı həm sosial, həm də iqtisadi baxımdan cəmiyyət üçün əhəmiyyətli addımdır. Bu artım, xüsusilə sabit gəlirli vətəndaşların rifahının yüksəlməsinə, eyni zamanda daxili bazarın canlanmasına xidmət edəcək”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova