Gündəm

Ən çox müavini olan nazirlər — SİYAHI

Ən çox müavini olan nazirlər — SİYAHI

Ötən gün iqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin edilib.

Sərəncamla bu vəzifəyə xarici işlər naziri Ceyhun Bayramovun qardaşı Azər Bayramov gətirilib. O bu təyinatadək maliyyə naziri Sahil Babayevin müavini vəzifəsini tuturdu.

Bu təyinatlaMikayıl Cabbarovun müavinlərininsayı 6-ya çatıb. Belə ki, A.Bayramovdan başqa, M.Cabbarovun 5 müavini var. Onlar Elnur Əliyev (I müavin), Sahib Ələkbərov, Rövnəq Abdullayev (SOCAR-ın sabiq prezidenti), Səməd Bəşirli və Anar Axundovdur.

Bununla Mikayıl Cabbarov həm də ölkədə ən çox müavini olan 3 nazirdən biri olub. Belə ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və xarici işlər naziri Ceyhun Bayramovun da hər birinin 6 müavini var. Bir neçə ay əvvələdək K.Heydərov 7 müavinlə ən çox müavini olan nazirlər siyahısına başçılıq etsə də, Teymur Mehdiyevin (Ramiz Mehdiyevin oğlu) vəzifədən azad edilməsindən sonra bu statusunu itirib.

Fövqəladə hallar naziriKəmaləddin Heydərovun müavinləri -Rəfael Mirzəyev (I müavin), Faiq Tağızadə, Etibar Mirzəyev, Orucəli Hacıyev, Tapdıq Əmiraslanov (Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu), Adil Abdullayevdir.

Xarici işlər naziriCeyhun Bayramovun müavinləri -Mahmud Məmməd-Quliyev, Araz Əzimov, Fariz Rzayev, Elnur Məmmədov, Samir Şərifov, Yalçın Rəfiyevdir.

Daxili işlər naziri Vilayət Eyvazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ədliyyə naziri Fərid Əhmədov isə 5 müavini olan nazirlərdir.

Seyfulla Əzimov daxili işlər naziriVilayət EyvazovunI müavini, Oqtay Kərimov, İsmət Əliyev, Şahin Məmmədov, Fazil Quliyev isəmüavinləridir.

Rəqəmsal inkişaf və nəqliyyat naziriRəşad Nəbiyevin müavinləri -Saməddin Əsədov (“Azərkosmos” ASC-nin İdarə Heyətinin keçmiş sədri), Rəhman Hümbətov, Samir Məmmədov, Cavid Qurbanov (“Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri) və Elmin Məmmədovdur.

Abiddin Hüseynov, Toğrul Hüseynov, Mübariz Əhmədov, Eldar Nuriyev, Mirsaleh Seyidov ədliyyə naziriFərid Əhmədovamüavin təyin ediliblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə, Ekologiya və Təbii Sərvətlər, Energetika, Elm və Təhsil nazirliklərində isə müavin sayı 4-dür.

Əmək və əhalinin sosial müdafiəsi naziriAnar Əliyevin müavinləri -Vüsal Nəsirli, Hidayət Abdullayev, Anar Bayramov, Rəşad Mustafayevdir. Onlardan son ikisi bir neçə ay əvvəl nazir müavini təyin edilib.

Müdafiə naziriZakir Həsənovun müavinləri -Kərim Vəliyev (I müavin), Hikmət Mirzəyev, Namiq İslamzadə, Aqil Qurbanovdur.

Ekologiya və təbii sərvətlər naziri postu hazırda boş olsa da, nazirlikdə 4 müavin fəaliyyət göstərir. Rəşad İsmayılov (I müavin), Rauf Hacıyev, Vüqar Kərimov, Umayra Tağıyeva müavin postundadırlar.

Energetika naziriPərviz Şahbazovun müavinləriSamir Vəliyev, Elnur Soltanov, Kamal Abbasov, Orxan Zeynalovdur.

Elm və təhsil naziriEmin Əmrullayevin müavinləri postunuFirudin Qurbanov, İdris İsayev, Həsən Həsənli, Kənan Kərimzadə tutur.

Maliyyə, kənd təsərrüfatı, mədəniyyət və səhiyyə nazirlərinin isə 3 müavini var.

Maliyyə naziriSahil Babayevin müavinləriAnar Kərimov (I müavin), Himalay Məmişov, Natiq Həsənovdur.

Kənd təsərrüfatı naziriMəcnun Məmmədovun müavinlərivəzifələriniİlhamə Qədimova, Elçin Zeynalov, Sarvan Cəfərov icra edir.

Mədəniyyət naziriAdil Kərimlinin müavinləripostlarındaSəadət Yusifova, Fərid Cəfərov, Murad Hüseynovdur.

Səhiyyə naziriTeymur Musayevin müavinlərivəzifələrindəİlqar Qasımov, Rasim İsmayılov, Nadir Zeynalov çalışır.

Müdafiə sənayesi, gənclər və idman nazirləri 2 müavini olanlar sırasındadırlar.

Müdafiə sənayesi naziriVüqar Mustafayevin müavinləriMehman Baxışov və Hidayət Əzimovdur.

Gənclər və idman naziriFərid Qayıbovun müavinlərivəzifələrini isəİndira Hacıyeva və Fərhad Hacıyev icra edir.

Qeyd edək ki, bəzi nazirliklərin əsasnamələrində müavin postlarının sayı daha çox göstərilsə də, yazıda hazırda vəzifə başında olan müavinlərin adları qeyd edilib. (Qafqazinfo)

NE
Nihadə Eyyubova