Fevralın 19-u, saat 12:00-da “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının iclası çağırılıb.
Bu barədə Demokrat.az-a “Qala Sığorta” ASC-dən məlumat verilib.
İclas Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, 221-ci məhəllə ünvanında yerləşən Cəmiyyətin baş ofisində keçiriləcək.
Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
2025-ci ilin maliyyə hesabatları üzrə “Qala Sığorta” ASC-nin müstəqil auditorunun seçilməsi; İclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlər.
Demokrat.az


