Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsini təsdiqləyəcək sənədi Böyük Millət Məclisinin (TBMM) müzakirəsinə təqdim edib.
Demokrat.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, sənəd yanvarın 2-də parlamentin iclasında müzakirə olunacaq.
Deputatların bu qərarı təsdiqləyəcəyi gözlənilir. “Ədalət və İnkişaf” və “Milliyətçi hərəkat” partiyalarının üzvləri Liviyaya qoşun göndərilməsini dəstəklədiklərini artıq bildiriblər.


