Region

Türkiyədə məhkəmə Oktay Kaynarca və Emel Müftüoğlu barəsində qərar verdi

Türkiyədə məhkəmə Oktay Kaynarca və Emel Müftüoğlu barəsində qərar verdi

Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsindəsaxlanılanaktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla, 6 nəfər barəsində qərar verilib.

Oxu.Azbu barədə İHA agentliyinə istinadən xəbər verir.

Məhkəmədə ifadələri alınan şübhəlilərdən Oktay Kaynarca və Emel Müftüoğluna ölkədən çıxmamaqla bağlı qadağa qoyulub və hər ikisinə qarşı məhkəmə nəzarəti tədbiri tətbiq edilib.

Saxlanılan digər şübhəlilərdən Ali Sert, Rabia Karataş həbs edilərək həbsxanaya göndəriliblər. Neda Şahin və Selen Çetinkaya isə məhkəmə nəzarəti tədbiri tətbiq edilməklə sərbəst buraxılıblar.

NE
Nihadə Eyyubova