Kriminal

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər SAXLANILDI

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər SAXLANILDI

Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Demokrat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətiməlumat yayıb. Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 28 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

NE
Nihadə Eyyubova