Gündəm Özəl

Yeni metro stansiyaları bu əraziləri əhatə edəcək — AÇIQLAMA

Yeni metro stansiyaları bu əraziləri əhatə edəcək — AÇIQLAMA

"Yeni metro xətlərinin inşa edilməsi konseptual proqramda nəzərdə tutulsa da, hazırda bu, ciddi məsələləri özündə ehtiva edir. Burada söhbət ənənəvi ərazilərdən gedir, yəni, illər boyu fəaliyyət göstərmiş metro stansiyaları və onların ətrafı nəzərdə tutulur".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O, bildirib ki, həmin ərazilərdə metronun digər xətlərinin çəkilişi üçün planlar hazırlanıb və bu planların reallaşdırılması üzrə işlər artıq başlanıb:

"Xüsusilə Sahil, 28 May, Xətai metrosu, Nizami və 28 May stansiyaları arasında yeni giriş-çıxış xətləri və geriyə dönmə imkanlarının təmin olunması üzrə tədbirlər görülür. Bu proseslər davamlı və sürətlə həyata keçirilir. Yaxın gələcəkdə həm Ağ şəhər, Günəşli, həm də Nargilə kafesi istiqamətində və şəhərin digər ərazilərində bu planların icrası mühüm əhəmiyyət daşıyacaq".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova