Ukrayna Rusiyanın "Oreşnik" raket ilə Lvov vilayətinə endirdiyi zərbədən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Andrey Sibiqa bildirib.
"Rusiya Lvov vilayətinə qarşı orta mənzilli ballistik raket - "Oreşnik" adlandırılan silahdan istifadə etdiyini iddia edir", – deyə ukraynalı nazir qeyd edib.
Onun sözlərinə görə, Avropa İttifaqı və NATO sərhədlərinə yaxın əraziyə belə bir zərbənin endirilməsi Avropa qitəsi üçün ciddi təhlükə yaradır.
Sibiqa həmçinin deyib ki, Ukrayna hakimiyyəti diplomatik kanallar vasitəsilə ABŞ-ni, Avropadakı tərəfdaşlarını və beynəlxalq təşkilatları zərbənin detalları barədə məlumatlandırıb və Rusiyanın bu addımlarına qətiyyətli reaksiya verilməsini tələb edib.


