Gündəm Özəl

Deputat: “Azərbaycan öz xoşməramlı mövqeyini göstərib, növbəti addımı isə Ermənistan etməlidir”

Deputat: “Azərbaycan öz xoşməramlı mövqeyini göstərib, növbəti addımı isə Ermənistan etməlidir”

“Azərbaycandan Ermənistana neft məhsulları göndərilməsi xoşməramlılıq nümunəsidir. Azərbaycandan Ermənistana növbəti neft məhsulları partiyasının göndərilməsi ölkəmizin xoşməramlı siyasətinin göstəricisidir”.

Bunu Demokrat.az-a açıqlamasında bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirib.

O deyib ki, bu addım sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan tərəfindən atılacaq növbəti addımlar üçün zəmin yaradır:

“Sülh müqaviləsi artıq paraflanıb və növbəti mərhələdə təşəbbüsü Ermənistanın üzərinə qalır. Azərbaycanın bu təşəbbüsü həm diplomatik, həm də iqtisadi münasibətlərin normallaşmasına töhfə verir. Göndərilən yanacaq məhsulları Ermənistan bazarında qiymətlərdən aşağı satılır və taxıl məhsulları çörək istehsalına olan tələbatı xeyli azaldır. Prezident İlham Əliyev ABŞ Konqresində çıxışı zamanı da bu məsələyə toxunub və vurğulayıb ki, qonşu dövlətlərin əmin-amanlıq şəraitində yaşaması vacibdir. Azərbaycan öz xoşməramlı mövqeyini göstərib, növbəti addımı isə Ermənistan etməlidir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova