Dünya

Müharibədə daha bir azərbaycanlı itkin düşdü

Müharibədə daha bir azərbaycanlı itkin düşdü

Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən azərbaycanlı itkin düşüb.

Demokrat.azxəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, Hüseynov Zirəddin Tələt oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərə qoşulub və Luqansk istiqamətində itkin düşüb.

Bloqer qeyd edib ki, onun adı Rostovda ölənlər siyahısında olsa da, nəşi tapılmır.

D
demokrat.az