Sosial

Bu yollarda duman səbəbindən sürət həddi endirildi — FOTOLAR

Bu yollarda duman səbəbindən sürət həddi endirildi — FOTOLAR

Duman səbəbindən Bakının bir sıra yollarında sürət həddi endirilib, bütün portallarda "dumanlı hava" işarəsi qoyulub.

Demokrat.azxəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, hazırda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

NİİM-in əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "dumanlı hava" işarəsi qoyulub. Sürücülərdən müəyyən edilmiş sürət həddinə əməl etmələri xahiş olunur.

Bu yollarda duman səbəbindən sürət həddi endirildi — FOTOLAR
Bu yollarda duman səbəbindən sürət həddi endirildi — FOTOLAR
Bu yollarda duman səbəbindən sürət həddi endirildi — FOTOLAR

D
demokrat.az