Kriminal

Cəlilabadda Yeni il gecəsi bıçaqlanan 17 yaşlı oğlanın vəziyyəti AÇIQLANDI

Cəlilabadda Yeni il gecəsi bıçaqlanan 17 yaşlı oğlanın vəziyyəti AÇIQLANDI

Dekabrın 31-də saat 21:00-da 2009-cu il təvəllüdlü (kişi) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda qeyd olunub ki, ona döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməyən kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib:

"Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb".

NE
Nihadə Eyyubova