Bakı Limanının Beynəlxalq Əməkdaşlıq və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşları Toğrul Allahyarov və Toğrul Sadıxlı ADA Universitetinin Xarici İşlər Nazirliyi ilə birlikdə təşkil etdiyi 16 günlük Xarici Siyasət Proqramında iştirak ediblər.
Demokrat.az xəbər verir ki, proqramın əsas məqsədi ictimai diplomatiya, diplomatik protokol, natiqlik və danışıqların aparılması bacarıqlarının təkmilləşdirilməsi olub.





