Gündəm Özəl

Ev almaq istəyənlərin NƏZƏRİNƏ

Ev almaq istəyənlərin NƏZƏRİNƏ

“Yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə məcburi pasportlaşdırılması Azərbaycanda daşınmaz əmlak bazarı üçün mühüm yenilikdir”.

Bu sözləri əmlak eksperti Rəşad Quliyev Demokrat.az-a açıqlamasında bildirib.

O deyib ki, ilk növbədə, binaların nə qədər enerji sərf etdiyini və istilik itkilərinin hansı səviyyədə olduğunu obyektiv şəkildə göstərməyə imkan verəcək:

“Enerji pasportu olan binalar alıcı və kirayəçilər üçün daha şəffaf seçim imkanı yaradacaq. Çünki vətəndaş əvvəlcədən mənzilin və ya obyektin kommunal xərclər baxımından nə qədər sərfəli olduğunu biləcək. Bu isə bazarda enerji baxımından səmərəsiz binalara marağın azalmasına, daha qənaətcil tikililərə tələbin artmasına səbəb ola bilər. Bu tələbin tikinti şirkətlərinə də ciddi təsiri olacaq. İnşaatçılar layihələndirmə mərhələsindən etibarən izolyasiya, istilik sistemləri, pəncərə və fasad materiallarının keyfiyyətinə daha çox diqqət yetirməyə məcbur qalacaqlar. Qısa müddətdə bu, tikinti xərclərini bir qədər artıra bilər, lakin uzunmüddətli perspektivdə həm istehlakçı, həm də dövlət üçün enerji qənaəti baxımından müsbət nəticə verəcək. Enerji effektivliyi yüksək olan binaların bazar dəyərinin daha stabil və hətta daha yüksək olması gözlənilir. Bu cür obyektlər həm satışda, həm də icarədə daha üstün mövqedə olacaq. Nəticə etibarilə, enerji pasportlaşdırılması təkcə ekoloji deyil, həm də iqtisadi baxımdan daşınmaz əmlak bazarında keyfiyyətli və dayanıqlı inkişafı təşviq edən bir addım kimi dəyərləndirilə bilər”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova