Xalq artisti Simarə İmanova yeni doğulan nəvəsi il foto paylaşıb.
Axşam.az xəbər verir ki, müğənni ad günü olduğunu bildirib.
S.İmanova şəklə "İstədim bu yaşımın paylaşımı səninlə olsun, körpəm. Yeni yaşımda ən gözəl hədiyyəni mənə verən Allahıma həmd olsun" sözlərini yazıb.
Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ailə qurub. Cütlük yeni doğulan körpəyə Hüseynəli adını qoyub.



