Maliyyə

“Qala Sığorta” və “Qala Həyat Sığorta” əməkdaşları tələbələrə təlim keçib — FOTOLAR

“Qala Sığorta” ASC və “Qala Həyat Sığorta” ASC-nin əməkdaşları Bakı Biznes Universitetinin tələbələri üçün həyat və qeyri-həyat sığorta növlərinin baza prinsiplərinə həsr olunmuş maarifləndirici təlim keçiriblər.

Demokrat.az xəbər verir ki, təlim Azərbaycan Mərkəzi Bankının təşəbbüsü və sığorta sektorunda istehlakçıların maliyyə savadlılığının artırılmasına yönəlmiş tələblər çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi gənclərə sığortanın mahiyyəti, əsas sığorta məhsulları, risklərin idarə olunması və sığorta mexanizmlərinin gündəlik həyatda rolu barədə ilkin biliklərin aşılanması olub.

Təlim zamanı “Qala Sığorta” və “Qala Həyat Sığorta”nın nümayəndələri həyat sığortası, avtomobil sığortası, əmlak sığortası və digər qeyri-həyat sığorta növləri üzrə baza anlayışları tələbələrə praktiki nümunələr əsasında izah ediblər.

Eyni zamanda, tələbələri maraqlandıran suallar cavablandırılıb, real sığorta halları müzakirə olunub.

Qeyd edək ki, bu cür təlimlər gənclərin maliyyə savadlılığının artırılmasına, sığorta mədəniyyətinin formalaşmasına və gələcəkdə daha şüurlu maliyyə qərarları vermələrinə töhfə verir.

Demokrat.az

“Qala Sığorta” və “Qala Həyat Sığorta” əməkdaşları tələbələrə təlim keçib — FOTOLAR
“Qala Sığorta” və “Qala Həyat Sığorta” əməkdaşları tələbələrə təlim keçib — FOTOLAR
“Qala Sığorta” və “Qala Həyat Sığorta” əməkdaşları tələbələrə təlim keçib — FOTOLAR
“Qala Sığorta” və “Qala Həyat Sığorta” əməkdaşları tələbələrə təlim keçib — FOTOLAR
“Qala Sığorta” və “Qala Həyat Sığorta” əməkdaşları tələbələrə təlim keçib — FOTOLAR
“Qala Sığorta” və “Qala Həyat Sığorta” əməkdaşları tələbələrə təlim keçib — FOTOLAR

NE
Nihadə Eyyubova