İqtisadiyyat

Azərbaycanın kapitalı ən az olan BOKT-ları — SİYAHI

Azərbaycanın kapitalı ən az olan BOKT-ları — SİYAHI

2024-cü ilin yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) nizamnamə kapitalının həcmi üzrə ən aşağı göstəricilər (o cümlədən kapital çatışmazlığı olanlar) müəyyənləşib.

Demokrat.azxəbər verir ki, hesabat dövründə bəzi təşkilatların kapitalı minimum həddə, bəzilərində isə mənfi zonada olub.

Siyahının bu hissəsində "İrşad BOKT" MMC930 minmanat göstərici ilə yer alıb.

"Nova Credit BOKT" MMC-nin kapitalı918 minmanat təşkil edib.

BOKT "ASET Maliyyə Texnologiyaları" MMC911 minmanat göstərici ilə növbəti sırada qərarlaşıb. “Merkuri BOKT” QSC-də isə bu rəqəm577 minmanat olub.

Digər təşkilatlardakı göstəricilər aşağıdakı kimidir:

“REGİONAL” BOKT MMC-də540 minmanat, “AZİNVESTKREDİT BOKT” MMC-də494 minmanat kapital qeydə alınıb.

BOKT “Azəri Star Mikromaliyyə” MMC339 minmanat göstərici ilə sıralanıb. BOKT "AzFinans" MMC-də isə kapital264 minmanat olub.

Bununla yanaşı kapitalı mənfi olan təşkilatlar da var ki, siyahının son pillələrində– “FİNOKO” BOKT ASC (-1 milyon 760 minmanat) və ən aşağı nəticə ilə “PARA” BOKT ASC (-19 milyon 137 minmanat) yer alır. (Mənbə: Fins.az)

NE
Nihadə Eyyubova