Saatlı rayonunda 42 yaşlı kişi keçmiş arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 10 avqust 2025-ci ildə Saatlı şəhəri, X.B.Natəvan küçəsində baş verib.
1983-cü il təvəllüdlü Aydın həmin gün saat 22 radələrində birlikdə yaşadıqları müddətdə əldə etdikləri və hazırda keçmiş arvadı Xuramanın yaşadığı fərdi yaşayış evinin mətbəx otağında sonuncuya onunla barışmasını tələb edən zaman aralarında qısqanclıq zəminində yaranmış mübahisə nəticəsində dalaşıb.
Daha sonra əlləri ilə saçından tutaraq yerə yıxıb, oradakı dəmir metaldan olan çömçə qaşıq ilə bədənin müxtəlif nahiyələrinə vurub. Sonra onu fərdi yaşayış evinin həyətyanı sahəsinə çıxararaq orada da, həyətdən götürdüyü taxta parçası ilə bədəninin müxtəlif nahiyələrinə vurub.
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində əməlindən peşman olduğunu deyib, hadisəni olduğu kimi danışıb. O, zərərçəkmiş şəxsdən üzr istəyib, onunla barışıb. Zərərçəkmiş qismində ifadə verən Xuraman da ifadəsində keçmiş əri ilə barışdığını, ona qarşı olan şikayətini geri götürdüyünü açıqlayıb.
Saatlı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ilə zərərçəkmişin barışması nəzərə alınıb. Zərərçəkmiş şəxsin şikayəti olmadığından təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


