Dünya

Ermənistan seçkilərə görə Aİ-dən kömək istəyib

Ermənistan seçkilərə görə Aİ-dən kömək istəyib

Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirlərinin bu gün keçiriləcək iclasında Ermənistan da müzakirə ediləcək.

Demokrat.az “News.am”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.

“Növbəti il Ermənistanda seçkilər keçiriləcək. Bu gün biz Ermənistana bu məsələdə necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xaricdən müdaxilənin qarşısını almaq üçün bizdən kömək istəyib”, - Aİ rəsmisi deyib.

Xatırladaq ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. K.Kallas daha əvvəl həmin seçkilər ərəfəsində Rusiyanın dezinformasiya kampaniyasını gücləndirməyə başladığını iddia etmişdi.

D
demokrat.az