Xarici siyasət

Əli Əsədov Gürcüstanın Baş naziri ilə görüşüb — FOTO

Əli Əsədov Gürcüstanın Baş naziri ilə görüşüb — FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Demokrat.azxəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlərə xüsusi diqqət yetirilib.

Əli Əsədov Gürcüstanın Baş naziri ilə görüşüb — FOTO

D
demokrat.az