“Qala Həyat” Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətində səhmdarların ümumi yığıncağının iclası çağırılıb.
Bu barədə Demokrat.az-a “Qala Həyat” Sığorta Şirkəti” ASC-dən məlumat verilib.
Yığıncaq 26 dekabr 2025-ci il tarixində saat 16:00-da Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5a ünvanında yerləşən Cəmiyyətin ofisində keçiriləcək.
İclasın gündəliyinə “Qala Həyat” Sığorta Şirkəti ASC-nin 2026-cı il üçün nəzərdə tutulan büdcəsinin təsdiq olunması məsələsi daxil edilib.
Bununla yanaşı, iclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlərin də müzakirəsi nəzərdə tutulur.
Demokrat.az


