Gündəm Özəl

Manatın devalvasiyası GÖZLƏNİLMİR — AÇIQLAMA

Manatın devalvasiyası GÖZLƏNİLMİR — AÇIQLAMA

"Azərbaycanda manatın məzənnəsi inzibati qaydada müəyyənləşdirilir. Dünya bazarında baş verən dəyişikliklərin dolayı təsiri olsa da, məzənnə əsasən Mərkəzi Bank və Hökumətin birgə qərarı ilə tənzimlənir. Ölkədə sabit məzənnə rejimi artıq uzun illərdir davam edir. Devalvasiyadan öncə 10 il, devalvasiyadan sonra isə 10 ildən artıq sabitlik qorunub. Hazırda da 15 ildir ki, sabit məzənnə rejimi tətbiq olunur".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, manatın məzənnəsinin nə vaxt dəyişəcəyi yalnız hökumət və Mərkəzi Bankın qərarından asılıdır, bu səbəbdən də proqnozlaşdırmaq çətindir:

"Dolayı göstərici kimi neft qiymətləri rol oynayır. Əgər qiymətlər kəskin düşərsə, məsələn, 50 dollar və ya daha aşağı səviyyəyə enərsə, devalvasiya riski yarana bilər. Lakin qərarın özü siyasi və inzibati mexanizmlərlə müəyyən olunur və onun dəqiq vaxtını söyləmək mümkün deyil".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova