“Noyabr ayında havaların Azərbaycanda qeyri-adi dərəcədə isti keçməsi qlobal iqlim dəyişikliyinin yerli təsirlərindən biridir. Dekabr ayına gəldikdə isə, proqnozlar göstərir ki, temperatur orta çoxillik göstəricilərdən bir qədər yuxarı ola bilər”.
Bununla bağlı meteroloq Cavidan Əliyev Demokrat.az-a açıqlama verib.
O diqqətə çatdırıb ki, ay ərzində havanın kəskin dəyişməsi ehtimalı yüksəkdir:
“Soyuq hava kütlələrinin regiona daxil olması ilə qısa müddətli şaxtalar və yağıntılı günlər gözlənilə bilər. Dağlıq və dağətəyi ərazilərdə qar ehtimalı daha yüksəkdir. Düzənliklərdə isə qar əsasən yağıb ərimə şəklində müşahidə oluna bilər. Qlobal istiləşmə fonunda qış ayları ümumi olaraq daha yumşaq keçsə də, lokal soyuq dalğalar əvvəlki illərlə müqayisədə istisna olunmur. Dekabrın tamamilə qarsız keçməsi ehtimalı azdır, lakin qarın davamlı şəkildə örtük yaratması yalnız yüksək zonalarda mümkün görünür. Bakıda dekabrda qar ehtimalı var, amma əsasən qısa müddətli və zəif olacaq”.
Leyla Turan Demokrat.az


