Gündəm Özəl

Yeni pensiya modeli yenidən GÜNDƏMDƏ: İnvestisiyaya təsir edirmi?

Yeni pensiya modeli yenidən GÜNDƏMDƏ: İnvestisiyaya təsir edirmi?

"Özəl təqaüd fondlarının yaradılması artıq 10–15 ildir müzakirə olunur, lakin hələlik qanun layihəsi və ya rəsmi təklif yoxdur. Belə fondların yaradılması vacibdir, çünki vətəndaşlara seçim imkanı verməli və DSMF-nin bazarda yeganə oyunçu olmamasını təmin etməlidir. Fondlar qiymətli kağızlar bazarında fəaliyyət göstərərək investisiya fonduna çevrilə bilər və bu, digər sahələrdə islahatları da tələb edir".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, bildirib ki, kapitala çıxış imkanları da uzun müddət müzakirə olunub və bu, asanlıqla həll edilə bilər:

"Vətəndaş öz vəsaitini toplayır, DSMF-yə ödəyir və həyat boyunca həmin vəsaitə çıxış imkanı olmalıdır. Dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyə və Gürcüstanda, bu mexanizm sadə şəkildə işləyir. Hazırda isə vəsaitə çıxış məsələsi çox qəlizləşdirilib və bu, həm vətəndaşlar, həm də sistem üçün anlaşılmazdır".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova