Ramiz Mehdiyevin dövlət hakimiyyətinin zorakı yolla ələ keçirilməsinə yönələn əməlləri ilə bağlı cinayət işi gedişində müxtəlif şəxslər, o cümlədən Əli Kərimli istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə müxtəlif şəxslərin dindirildiyi bəllidir.
Bununla bağlı Demokrat.az-a açıqlamasında Milli Məclisin 4 çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib ki, dövlət və hakimiyyətə qarşı qeyri-qanuni, antikonstitusiya addımlar atan şəxslər gec-tez məsuliyyətə cəlb olunacaqlar:
“Bunun üçün hüquq-mühafizə orqanları, məhkəmə və hakimlər mövcuddur. Məncə, bütün dövlətlərdə vəziyyət belədir. Qanuni və konstitusion addımlar atılır. Vətən və xalqa qarşı istənilən qeyri-qanuni hərəkətlərə hüquqi qiymət verilməlidir.”
Leyla Turan Demokrat.az


