Dünya

Qırğızıstanda növbədənkənar parlament seçkisi keçirilir

Qırğızıstanda növbədənkənar parlament seçkisi keçirilir

Qırğızıstanda növbədənkənar Joqorku Keneş (yerli parlament - red.) seçkisi keçirilir.

Demokrat.az"Sputnik Qırğızıstan"a istinadən xəbər verir ki, səsvermə yeni sistemlə keçirilir.

Ölkə 30 dairəyə bölünüb, onların hər birindən parlamentə üç deputat seçiləcək.

Yekun seçici siyahısına 4 milyon 294 min 243 vətəndaş daxil edilib.

Xatırladaq ki, sentyabrın 25-də Qırğızıstan deputatları parlamentin özünü buraxması haqqında qərar qəbul ediblər.

D
demokrat.az