Müğənni Samirə Əfəndinin Astanada keçirilən musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi və onunla qucaqlaşması onu qınaq obyektinə çevirib.
Müğənni Tarix Əliyevin “Tarixin bir günü” verilişində baş verənlərlə bağlı açıqlama verib.
"Mən orada gedib düşmənçilik apara bilməzdim. Hələ özünüz də deyirsiniz ki, mən orada təkəm. Bəs mənim başıma orada oyun açsaydılar?! Qazaxıstan səhralıqdır. Öldürüb atacaqdılar, adını da qoyacaqdılar ki, avtoqəza olub. Kimin xəbəri olacaqdı? Kim mənə yiyəlik edəcəkdi?!", - o açıqlamasında bildirib.


