Siyasət Özəl

Politoloq: "Xalqlar arasında münasibətlər qurularsa, barışıq o zaman daha dərin və davamlı olur"

Politoloq: Xalqlar arasında münasibətlər qurularsa, barışıq o zaman daha dərin və davamlı olur

""Peace Bridge" formatında görüşlərin keçirilməsi müsbət qiymətləndirilir. Çünki tərəf ərazisində barışıq prosesi formalaşmalıdır. Yalnız dövlət səviyyəsində, xarici ölkələrin nazirləri, baş nazirlər və prezidentlər səviyyəsində görüşlərin keçirilməsi və ya razılaşmaların imzalanması kifayət deyil. Barışıq yalnız tərəf ərazisində, xalqlar arasında münasibətlər qurularsa, daha dərin və davamlı olur".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, tərəflərin dost olacağı ehtimalı azdır, amma ən azı normal iki qonşu dövlət və iki qonşu xalq kimi yaşamaq üçün barışığa ciddi ehtiyac var:

"Bu cür görüşlər həm tərəflər arasında birbaşa təmasın qurulmasına imkan yaradır, həm də gələcək mərhələlərdə digər dövlətlərin maraqları əsasında təmasların idarə olunmasının qarşısını alır. Görüşlərin keçirilməsi ictimaiyyət nümayəndələri arasında da müsbət addım hesab olunur. Xüsusilə parlament və sektor nümayəndələrinin iştirakı, tərəflər arasında dialoqun inkişafına xidmət edir. Belə görüşlər nəticələr baxımından da müsbət ola bilər, çünki sülh və qarşılıqlı anlaşma üçün yeni imkanlar yaradır".

Politoloq bildirib ki, ümumilikdə, sülh görüşlərinin təşkili həm diplomatik, həm də ictimai səviyyədə tərəflər üçün önəmli və zəruri addım kimi qiymətləndirilir:

"Bu, gələcəkdə əbədi və davamlı sülhün təmin olunmasına töhfə verə bilər".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova