Kriminal

Ağcabədidə fərdi yaşayış evində yanğın olub

Ağcabədidə fərdi yaşayış evində yanğın olub

Ağcabədi rayonunda fərdi yaşayış evində yanğın olub.

Oxu.Azxəbər verir ki, hadisə rayon ərazisində yerli sakin Famil Hüseynova məxsus üçotaqlı evdə qeydə alınıb.

Hadisə yerinə Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində evin iki otağı və dam hissəsinin yanar konstruksiyaları tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova