“Qala Həyat” Sığorta Şirkəti ASC valideynlərə yönəlmiş yeni “Təhsil Sığortası” məhsulunu təqdim edib.
Demokrat.az xəbər verir ki, yeni məhsul valideynin həyatdan getməsi və ya əmək qabiliyyətini itirməsi kimi gözlənilməz hallarda uşağın təhsil xərcinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.
Sığorta təminatı təhsil müddəti boyunca 50.000 AZN-ə qədər maliyyə dəstəyi təqdim edir.
“Təhsil Sığortası” valideynlərə övladlarının gələcəyini indidən etibarlı şəkildə qorumaq imkanı yaradır:
Qeyd edək ki, “Qala Həyat” Sığorta Şirkəti cəmiyyətə sosial və maliyyə təhlükəsizliyi sahəsində müxtəlif həllər təqdim etməklə, valideynlərin uzunmüddətli planlarını dəstəkləməyi qarşısına məqsəd qoyur.
Demokrat.az


