Rejissor Rövşən İsaxın bu mövsümdən ekranlara çıxan yeni serialı "Qurd yağı" sosial şəbəkələrdə tənqid edilib. Seriallarımızın tənqid edilməsi yeni hal deyil, lakin bu dəfə daha çox serialın adı tənqid hədəfi olub.
Xürafatın pisləndiyi, cəmiyyətin elm və təhsilə yönləndirildiyi dövrdə ekran işinə belə bir ad qoyulması nə dərəcədə doğrudur?
Bu barədə Demokrat.az-a danışan millət vəkili Ceyhun Məmmədov deyib ki, bu məsələlərdə mütləq diqqətli və ehtiyatlı olmaq lazımdır:
"Filmlər hazırlanarkən Azərbaycanın milli dəyərləri, mental dəyərləri mütləq nəzərə alınmalıdır.
Eyni zamanda, real vəziyyət nəzərə alınmalıdır. Bu cür şeylər prosesi daha da mürəkkəbləşdirir, prosesə mənfi təsir göstərir. Bu gün biz yeni bir mərhələyə daxil olmuşuq - elm, texnologiya inkişaf edir. Belə bir vəziyyətdə mövhumatın, xürafatın təbliğ olunması, mənəvi dəyərlərə zidd filmlərin çəkilməsi haqlı olaraq cəmiyyət tərəfindən birmənalı qarşılanmır".
Cavidan Mirzəzadə Demokrat.az


