“Şagirdləri ürəkdən təbrik edirəm. İnamla deyə bilərəm ki, gələcəyin mühəndisləri və liderləri üçün möhkəm təməl yaradırıq. STEAM modeli yalnız elm və texnologiya deyil, sahibkarlıq bacarıqlarının formalaşmasına da xidmət edir. Şagirdlər burada təkcə nəzəri bilik deyil, həm də həyati bacarıqlar qazanırlar”.
Demokrat.az xəbər verir ki, bunu Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində çıxış edən STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov deyib. Layihə rəhbəri qeyd edib ki, STEAM tədrisi Azərbaycanda 2019-cu ildən tətbiq olunmağa başlayıb.
Cavidan Mirzəzadə Demokrat.az


