Gündəm Özəl

Qeyri-neft sektorunun inkişafına bu amillər mane olur — AÇIQLAMA

Qeyri-neft sektorunun inkişafına bu amillər mane olur — AÇIQLAMA

"Azərbaycanda qeyri-neft sektoruna mane olan əsas amil idarəetmə sisteminin artıq müasir tələblərə cavab verməməsidir".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, vergi və gömrük qanunvericiliyinin həddindən artıq tez-tez dəyişdirilməsi və iqtisadi aktivliyin artırılması tələbatına uyğun olmaması səbəblərdən biridir:

"Qanunvericilik bazası kəskin şəkildə dəyişdirilməlidir, idarəetmə formasında dəyişikliklərə gedilməlidir, nazirliklərin koordinasiyası artırılmalıdır. Qeyri-neft sektorunun inkişaf tempi təbii ki, qaneedici deyil. Neftdən asılılığımız o qədər çoxdur ki, neft hasilatı düşən kimi bizdə ÜDM artım tempi 0,9 faizə düşdü. Bu onu göstərir ki, qeyri-neft sektorunda son illər nə qədər pozitiv dinamika olsa da, bu, çox azdır".

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova