Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Ali Məclisinin iclası keçirilib.
Demokrat.az-ın xəbərinə görə, iclasda 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməməklə bağlı İdarə Heyətinin bəyanatı təqdir edilib.
Daha sonra hərəkatın II qurultayına hazırlıq üzrə təşkilat komitəsinin yaradılması barədə qərar qəbul edilib.


