"Qanunla yaşınızı sənədlər üzərində azaltmaq mümkün deyil.Bununla bağlı tək istisna Ailə Məcəlləsində göstərilib. Ailə Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, övladlığa götürmənin gizli saxlanılması məqsədilə uşağın doğum tarixi 3 aydan çox olmamaq şərtilə dəyişdirilə bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib.
"Övladlığa götürülmüş uşağın doğum tarixi yalnız həmin uşaq 1 yaşına çatana qədər, sadəcə 3 aylıq dəyişdirilə bilər.Ancaq bilmək lazımdır ki, əgər belə bir imkan olsaydı, hamı gedib doğum tarixini dəyişdirərdi. Yəni, bu, mümkünsüzdür. Qanuna əsasən, doğum tarixini yalnız o zaman dəyişdirmək mümkündür ki, sənədlərdə səhvlik olsun. Onda da bunu sübuta yetirməlisiniz. Məsələn, sübut etməlisiniz ki, doğum tarixi mayın 5-i deyil, mayın 20-sidir. Yəni, qanunla yaşınızı sənədlərdə azalda bilməzsiniz".
Əfsanə Kamal Demokrat.az


