Kriminal Özəl

Fazil Mustafaya sui-qəsd edərək ömürlük cəza alan məhkumun oğluna da hökm oxundu

Fazil Mustafaya sui-qəsd edərək ömürlük cəza alan məhkumun oğluna da hökm oxundu

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsdə görəömürlük həbs cəzası almışAzərSəricanovunoğlu ƏbülfəzSəricanovunbarəsində Dövlət Təhlükəsizliyi məhkəməsi başa çatıb.

Demokrat.azxəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdətəqsirləndirilənşəxsə hökm oxunub.

Hökmən əsasən, Əbülfəz Səricanov 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, adıçəkilənşəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Əbülfəz SəricanovaCinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham verilib.

O, DTX-dəbaşlanılmışcinayət işiüzrə bir neçə dövlət və ictimai xadimin həyatına sui-qəsd hazırlığındatəqsirləndirilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova