Gündəm Özəl

Azərbaycanda su böhranı yaşana bilər? — AÇIQLAMA

Azərbaycanda su böhranı yaşana bilər? — AÇIQLAMA

İranda yaşanan su qıtlığı paytaxtdan əhalinin təxliyə edilməsi ehtimalını da gündəmə gətirib. Bəs Azərbaycanda yaxın illərdə belə bir su böhranı yaşana bilərmi?

Bu barədə Demokrat.az-a danışan ekoloq Çingiz İsmayılov deyib ki, Azərbaycan su qıtlığından əziyyət çəkən ölkələrə aiddir:

“Ancaq böyük gərginliyin yaranması üçün səbəb yoxdur. Çünki çox saylı su anbarları inşa edilib, su ehtiyatları hələki səmərəli istifadə edilir. Bütövlükdə su qıtlığı təhlükəsi var, bu da qlobal istiləşmə ilə əlaqədardır”.

Son illər Xəzərin suyunun azalmasından danışan ekoloq qeyd edib ki, proses yaxın illərdə də davam edəcək:“Yaxın bir neçə ildə davam edəcək, ancaq sonra yenə səviyyə qalxacaq, çünki səviyyə tərəddüdü dövrü təkrar olur”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova