Gündəm

Şagirdlərin nəzərinə: BilBacar müsabiqəsinin qaydaları — FOTOLAR

Şagirdlərin nəzərinə: BilBacar müsabiqəsinin qaydaları — FOTOLAR

BilBacar müsabiqəsinin keçirilməsində məqsəd III və IV siniflərdə təhsil alan şagirdlərin oxu bacarıqlarını inkişaf etdirmək, eyni zamanda sinifdaxili, siniflərarası və məktəblərarası rəqabəti formalaşdırmaqdır. Müsabiqədə 2025-2026-cı tədris ilində III və IV siniflərdə tədris alan şagirdləri olan məktəblər iştirak edə bilərlər. 2025-ci ilin noyabrından başlayan və 8 ay davam edən, ümumilikdə 4 seansdan ibarət olan müsabiqədə şagirdlər oxu bacarıqlarını nümayiş etdirir, həm siniflər, həm də məktəblər şagirdlərlə bərabər yarışırlar. Müsabiqə 2 mərhələdən ibarətdir: Virtual formada (noyabr 2025 – may 2026) və Əyani formada (iyun 2026).

I mərhələ: Hər məktəb üçün BilBacar koordinatoru təyin edilir. İştirakçılar UTİS kodu və şifrəsi vasitəsilə platformada şəxsi kabinetlərinə daxil olurlar. Qeyd edək ki, Platformada “Yarış” və “Hazırlıq” başlıqlı iki əsas bölmə mövcuddur.

“Hazırlıq” bölməsi: Şagirdlər istənilən vaxt və məkandan daxil ola bilər.Seans 2 hissədən ibarətdir: 40+40 dəqiqə, arada 10 dəqiqə fasilə olur.

“Yarış” bölməsi: Şagirdlər yarışda BilBacar koordinatorunun nəzarəti ilə iştirak edirlər.Seans 2 hissədən ibarətdir: 40+40 dəqiqə, arada 10 dəqiqə fasilə olur, səhv cavablar nəticəyə təsir etmir, hər doğru cavab 10 bal qazandırır və seansların tarixləri əvvəlcədən elan olunur.

II mərhələ (Final): Əyani keçirilən final mərhələsində birinci mərhələnin nəticələri sıfırlanır, mərkəzləşdirilmiş şəkildə keçirilir və qaliblər müəyyən olunur.

“Mükafatlandırma”: Bu mərhələdə məktəblər “Yüksək iştirakçılıq” və “Yüksək nəticə” (orta bal) üzrə yarışırlar və siniflərin nəticəsi də topladıqları balların ortalaması ilə müəyyən olunur. Sonda isə təntənəli mükafatlandırma tədbirində müsabiqənin qaliblərinə (şagirdlər və məktəblər) diplomlar və digər qiymətli hədiyyələr təqdim edilir.

Şagirdlərin nəzərinə: BilBacar müsabiqəsinin qaydaları — FOTOLAR
Şagirdlərin nəzərinə: BilBacar müsabiqəsinin qaydaları — FOTOLAR
Şagirdlərin nəzərinə: BilBacar müsabiqəsinin qaydaları — FOTOLAR
Şagirdlərin nəzərinə: BilBacar müsabiqəsinin qaydaları — FOTOLAR
Şagirdlərin nəzərinə: BilBacar müsabiqəsinin qaydaları — FOTOLAR
Şagirdlərin nəzərinə: BilBacar müsabiqəsinin qaydaları — FOTOLAR
Şagirdlərin nəzərinə: BilBacar müsabiqəsinin qaydaları — FOTOLAR

NE
Nihadə Eyyubova