Hadisə

Tovuzda 27 yaşlı oğlanın meyiti evdə tapıldı

Tovuzda 27 yaşlı oğlanın meyiti evdə tapıldı

Tovuzda evdə kişi meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Alakol kəndində qeydə alınıb.

Məlumata görə, 1998-ci il təvəllüdlü Paşa Qasımovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

NE
Nihadə Eyyubova