Gündəm

Süni intellekt tətbiqi prezidentlərə belə məlumat verdi — VİDEO

Süni intellekt tətbiqi prezidentlərə belə məlumat verdi — VİDEO

Məlum olduğu kimi, bu gün Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyevlə Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.

Demokrat.azxəbər verir ki, həmin mərkəzdə süni intellekt tətbiqi Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi haqqında prezidentlərə məlumat verib.

Qeyd edək ki,Prezident İlham Əliyev “Kazinform” agentliyinə müsahibəsindəQazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin çəkilməsinin əhəmiyyətli infrastruktur layihələrindən biri olduğunubildirib. Dövlət başçısının sözlərinə görə, tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb. İşlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək.


NE
Nihadə Eyyubova