Aparıcı Zaur Kamal efirə gecikəm sənətçiləricərimələyərək həmin pulları ehtiyacı olan şəxslərə verəcək.
Axşam.az xəbər verir ki, bu barədə o, "Həmin Zaur" verilişində bildirib. Aparıcıbu gün yayımlanan proqramınagecikən meyxanaçılarBaləlini 500,Mirfəridi isə 300 manat cərimələyib.
Daha sonra Zaur canlı yayımda ehtiyacı olan ailələrə zəng edib vəonlara pul göndərəcəklərini bildirib.
Aparıcı həmçinin qeyd edib ki, bundan sonra verilişinə gecikən bütün sənətçiləri cərimləyəcək və həmin pullar xeyriyyə məqsədi ilə istifadə olunacaq.


