Gündəm

Tovuzda zəhərlənmə şübhəsilə xəstəxanaya yerləşdirilən üç uşağın vəziyyəti stabildir

Tovuzda zəhərlənmə şübhəsilə xəstəxanaya yerləşdirilən üç uşağın vəziyyəti stabildir

Bu gün saat 20:30 radələrində zəhərlənmə şübhəsi ilə 3 azyaşlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Hazırda hər üç azyaşlının müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

21:20

Tovuzda üç uşaq qidadan zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, bir ailənin üç üzvü - 2021-ci il təvəllüdlü İ.H, 2022-ci il təvəllüdlü N.H və 2019-cu il təvəllüdlü G.H zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərin vəziyyətləri kafi və qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova