Gündəm Özəl

Evdə sistem köçürülməsi qanun pozuntusudur — Deputat

Evdə sistem köçürülməsi qanun pozuntusudur — Deputat

“Evə şəraitində sistem vurulması qanun pozuntusudur. Çünki bu prosedur zamanı xəstədə allergik reaksiyalar, anafilaktik şok baş verə bilər. Orqanizmə görə bu dəyişə bilər. Bu səbəbdən şok əleyhinə pereparatların olduğu, tibbi yardımın göstərilə biləcəyi yerlərdə bu proses icra oluna bilər”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib. O bildirib ki, bəzi prosedurlar poliklinik, stasionar şəraitdə həyata keçirilməlidir:

Evdə sistem köçürülməsi qanun pozuntusudur — Deputat

“Bəzi tibbi müdaxilələr isə konkret ixtisaslaşmış tibb müəssisələrində icra olunur. Bunları da adi tibb müəssisələrində icra etmək olmaz. Ona görəvena daxilinə damcı ilə dərman pereparatlarının yeridilməsi proseduru daha çox xəstəxana şəraitində icra olunmalı prosedurdur. Bu, tibbi sənədlərdə də, müvafiq təlimatlarda da qeyd edilib. Hətta poliklinik şəraitdə belə müvafiq şərait olmasa, damcı üslu ilə dərmanların vənaya yeridilməsi məqsədəuyğun hesab deyil”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova