Azərbaycan iqtisadiyyatına son 20 ildə 344 milyard ABŞ dolları sərmayə yatırılıb.
Demokrat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.
Nazirin sözlərinə görə, 2021–2024-cü illərdə qeyri-neft iqtisadiyyatı illik orta hesabla 6,7 % böyüyüb və ümumi iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib:
"Son 6 ildə qeyri-neft və qaz ixracı 2 dəfə artıb, valyuta ehtiyatlarımız isə tarixi maksimuma çataraq ölkənin ÜDM-i ilə eyni həcmdədir. Azərbaycan artıq kapital idxalçısı deyil, həm də kapital ixracatçısı kimi çıxış edir".
Cavidan Mirzəzadə Demokrat.az


