Dünya

Moldovada parlament seçkisi başlayıb

Moldovada parlament seçkisi başlayıb

Moldovada parlament seçkisi başlayıb.

Demokrat.az-ın "Kommersant" nəşrinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla səhər saat 7:00-də (Bakı vaxtı ilə saat 08:00 - red.) ölkə üzrə 1 900-dən çox seçki məntəqəsi açılıb.

Seçicilər 101 parlament üzvünü dörd il müddətinə seçəcəklər. Seçkidə 22 subyekt - 15 partiya, üç blok və dörd müstəqil namizəd iştirak edəcək. Parlamentə daxil olmaq üçün partiyalar ən azı 5%, bloklar 7%, namizədlər isə 2% səs toplamalıdırlar.

Rəy sorğularına əsasən, Prezident Maya Sandunun rəhbəri olduğu "Fəaliyyət və Həmrəylik" Partiyası favorit hesab olunur. Onun ən yaxın rəqibi kimi sabiq prezident İqor Dodonun "Vətənpərvər bloku" göstərilir.

D
demokrat.az