Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən, Bakı şəhərində ödənişli zonalar yaradılacaq. Bəs bu zonalar şəhərin hansı hissəsində olacaq?
Bu barədə Demokrat.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, ödənişli zonalar əsasən sıxlıq olan yerlərdə təşkil olunacaq:

Ödənişli zonalar o demək deyil ki, sürücü ödəniş edirsə, onun üçün ayrıca zolaq və ya yol olacaq, yaxud hansısa üstünlüyə malik olacaq. Xeyr, bu belə olmayacaq. Sadəcə ödənişli zonadır, pullu olacaq. Mən düşünürəm ki, bunun pullu olması şəhər mərkəzinə avtomobillərin axınının qarşısını alacaq”.
Cavidan Mirzəzadə Demokrat.az


